Slimfit
  1. MEDİA

Zahid Oruc: 'Nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik'

Zahid Oruc: 'Nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik'
Sakura

Zahid Oruc: 'Nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik'

"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb. Prezidentin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir. Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər".

"Report" xəbər ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, həm Rusiyanın lehinə, həm də əleyhinə olanlar bilir ki, belə yüksək tribunadan heç kəs Prezident İlham Əliyev kimi çıxış edə bilməz: "Bu çıxışın hədəfi təkcə Nikol Paşinyan, Ermənistan deyildi, həm də Azərbaycan cəmiyyəti idi. Prezidentin bu çıxışından sonra tutarlı cavab verən olmayıb. Ermənistan cəmiyyəti belə bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyil. Təsiri o qədər güclü oldu ki, Ermənistan mətbuatı belə, bu çıxışın güclü olduğunu yazdı".

Mərkəz sədri Azərbaycan cəmiyyətinin bu istiqamətdə təşkilatlanmasının vacib olduğunu bildirib: "Gözləyirdim ki, Prezidentin bu çıxışından sonra Rusiyada yaşayan azərbaycanlılar bu istiqamətdə addımlar atacaqlar. Bunu etməli idik. Bir çox siyasətçilər çağırışımıza səs verdi. Bu hərəkat ətrafında başqa xalqların da nümayəndələrini birləşdirmək mümkündür. 1990-cı ildən fərqli olaraq rusların böyük bir hissəsi bu ideyamıza tərəfdar olduqlarını bildiriblər. Ermənistan - Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycan - Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb. Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR