Dərc edildi: Baxış sayı: 529
Zahid Oruc mətbuat xidmətlərinin işini yoxlamağa başladı
Deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsinə dair sorğu keçirir.
“Qafqazinfo” xəbər verir ki, sorğuda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə dair jurnalistlərin və digər maraqlı tərəflərin fikirləri müxtəlif istiqamətlər üzrə öyrənilir.
Qeyd edək ki, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənməsi, mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi, lazım olan informasiyanın qurumlardan nə dərəcədə rahatlıqla tapıla bilməsi kimi bir sıra suallar sorğuda öz əksini tapıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət