Slimfit
  1. SİYASƏT

Zahid Oruc: “Hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır”

Zahid Oruc: “Hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır”
Sakura

“Parlamentin 4-5 çağırış dövründə, iki ardıcıl ildə ilk dəfədir ki, iki fərqli Baş nazirin iştirakı…

Bu fikirləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı söylədi. Deputat bildirdi ki, ilk növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturların hamısını əhatə edir”.

Z.Oruc qeyd etdi ki, islahatlar dərinləşdikcə, struktur və instusional xarakter daşıdıqca daha artıq vətəndaşlar bu prosesi müdafiə edir, bu prosesdə iştirak edir, yeni elitanın formalaşmasında hamı öz töhfəsini verməlidir: “Ölkə başçısının irəli sürdüyü əsas məsələlərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”.

O həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir: “Amma Azərbaycanda bu rəqəm aşağıdır. Halbuki prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər. Bu gün ölkədə əmək bazarına daxil olanların 60 %-i texniki peşə və ali təhsili olmadan daxil olur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün səsləndirdiyi səhmdar cəmiyyət və yeni koorparativ idarətmə mədəniyyətindən danışdı. Bu çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividentlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.

Z.Oruc daha sonra bildirdi: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Cənab prezident yeni elitanı formalaşdırır. Bu həm də hökumət və dövlət strukturklarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçsıının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır.

Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır.

Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın. Amma məmurlar bir sıra hallarda sahibkarların biznesinə çıkürlər, onları ələ keçirirlər. Prezident belələrini zəlilər adlandırdı. Biz də bu zəliləri bir sıra hallarda görürük. Ona görə bu məsələlərə qarşı daha ciddi addımlar atılmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR