Slimfit
  1. MEDİA

Zahid Oruc: Azərbaycan Prezidenti öz vətəndaşını güclü görmək istəyir və bu yolda da mühüm addımlar atmaqdadır

Zahid Oruc: Azərbaycan Prezidenti öz vətəndaşını güclü görmək istəyir və bu yolda da mühüm addımlar atmaqdadır
Sakura

Zahid Oruc: Azərbaycan Prezidenti öz vətəndaşını güclü görmək istəyir və bu yolda da mühüm addımlar…

Son aylarda Prezident İlham Əliyev ölkədə bütün sahələri əhatə edən islahatlara başlayıb. Əsasən sosial və kadr islahatları ictimaiyyət arasında yüksək razılıqla qarşılanır.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə Sosial Təfqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc deyib.

Z.Orucun sözlərinə görə, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin ardıcıllığına baxsaq, görərik ki, birinci növbədə dövlət başçısı regionda strateji layihələr uğrunda mübarizəni, savaşı uddu:

"Son islahatlar struktur xarakterinə, mahiyyətinə, əhatə dairəsinə, hədəflərinə və maliyyə tutumuna görə əvvəlki illərdə olan islahatlardan qat-qat fərqlidir. Obrazlı şəkildə deyirik ki, Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqazın ümumi iqtisadiyyatının 75 faizini təşkil edir. Bu 75 faizlik kvota əhalinin həyatının bütün sferalarında özünü göstərəcək. Azərbaycan Prezidenti öz vətəndaşını güclü görmək istəyir. Azərbaycan Prezidenti güclü vətəndaşların dövlətini qurmaqda qərarlıdır, əzmlidir və bu yolda da mühüm addımlar atmaqdadır. Güclü xalqın lideri də güclü olur".

Sosial Təfqiqatlar Mərkəzinin sədri bildirib ki, Azərbaycan Prezidenti bu illər ərzində vətəndaşların yanına getməklə insanlarla özü arasında səmimi bağları həmişə qoruyub saxlayıb:

"Cənab Prezident bununla həm də mühüm bir dövlətçilik hekayətini, fəlsəfəsini yaradır. Əgər Prezident Şamaxıda, Ağsuda, ümumiyyətlə bütün bölgələrdə vətəndaşı bağrına basırsa, bu, parlament üzvü üçün də, məmur üçün də bir siqnaldır. Çünki bütün hallarda bu məmləkəti güclü edən insanlardır. Dövlətlər tarixən öz hərb maşınlarına görə güclü olublar. Amma insanlar da bu prosesdə aktiv olmalı, iştirak etməlidirlər. İlham Əliyev də özünün xarakterinə, sadəliyinə, mehribanlığına, ətrafında yaratdığı o mühitə görə insanlarla həmişə ən sıx, ən yaxın əlaqədədir. Və bu, onu güclü edir. Prezident İlham Əliyevin liderliyi millətin maraqlarına bağlıdır. Sadə insanlar, sadə vətəndaşlarımız birinci növbədə bu dövlətin məhəkdaşlarıdır, xüsusilə şəhid ailələri. Prezident şəhid valideyninə yaxından yardım göstərərkən bunu bütün ölkə insanı üçün, bütün məmur korpusu üçün, bütün silahlı qüvvələri üçün, əsgər və zabit heyəti üçün nümunə kimi təqdim etməkdə idi. Mənim aləmimdə liderin bu keyfiyyətləri bir millətqurma sənətidir. Və biz hər zaman şahidi olacağıq ki, millət də öz dövlətini, öz liderini qoruyub saxlayır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR