Slimfit
  1. AZƏRBAYCAN

Zabitlərin də diplomatik pasportları olacaq

Zabitlərin də diplomatik pasportları olacaq
Sakura

Zabitlərin də diplomatik pasportları olacaq

Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında “Pasportlar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Oxu.Az-ın xəbərinə görə, ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə göndərilən layihədə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi məsələsi özünün əksini tapıb.

Belə ki, qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR