Slimfit
  1. DÜNYA

Yüzə yaxın türkün Avstriya vətəndaşlığı ləğv edilib

Yüzə yaxın türkün Avstriya vətəndaşlığı ləğv edilib
Sakura

Yüzə yaxın türkün Avstriya vətəndaşlığı ləğv edilib

Avstriya-Türkiyə vətəndaşlığına sahib olan şəxslərin sənədlərinin yoxlanılması indiyədək 85 nəfərin Avstriya vətəndaşlığını itirməsi ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, Avstriyanın federal əyalətlərinin yerli idarəçilik orqanlarının məlumatına əsasən, Avstriya vətəndaşlığına qeyri-qanuni şəkildə sahib olanların vətəndaşlığı ləğv edilib, təxminən 100 nəfərin Avstriya vətəndaşlığının ləğvi barədə qərar isə hələ hüquqi qüvvəyə minməyib.

İkili vətəndaşlıqla bağlı araşdırmalara ötən il sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiyalı hökumətə daxil olduqdan sonra başlanılıb. Partiyanın əldə etdiyi siyahılara əsasən, 30 minədək insanın Avstriya vətəndaşlığı aldıqdan sonra Türkiyə vətəndaşlığından çıxmamaları seçki siyahıyaalmaları əsasında müəyyənləşdirilib. Hazırda Vyana əyaləti üzrə 18 min, Yuxarı Avstriya əyaləti üzrə 4 min və Tirol əyaləti üzrə 1900 nəfərin ikili vətəndaşlığı araşdırılır.

Bununla bağlı məsələni gündəmə gətirən FPÖ diqqəti ölkənin sosial-iqtisadi inkişafına yönəltmək əvəzinə, bu cür populist addımlarla dividentlər qazanmağa, seçici kütləsində miqrantlara qarşı mənfi emosiyalar aşılamağa çalışır. Bir sıra hallarda Türkiyə vətəndaşlığı rəsmi qurumların yanlışlığı ucbatından ləğv edilməsə də, problemlə üzləşən şəxslər miqrasiya idarəsi və məhkəmə proseslərinə zaman və enerji sərf etməlidirlər. Artıq çoxlu sayda şikayətçi yaranmış problemlə bağlı Avstriya Konstitusiya Məhkəməsinə toplu şikayət də ünvanlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR