Yüz minlərlə insanı ölümdən xilas edəcək üsul tapıldı
Amerikalı alimlər morfindən güclü, asılılıq yaratmayan və digər təhlükəli effektləri olmayan AT-121 ağrıkəsicisini hazırlayıblar.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Science Alert” nəşri məlumat verib.
Araşdırmaçılar ümid edir ki, preparat digər güclü ağrıkəsicilərdən asılılıq və dozasının artırılması səbəbindən baş verən ölüm hallarını azaldacaq. 2012-ci ildə təkcə ABŞ-da bu səbəbdən 16 min insan həyatını itirib.
Yeni preparatın heyvanlar üzərində sınağı zamanı məlum olub ki, AT-121 qəbul edən canlının oksikodondan asılılıq səviyyəsi aşağı enib. Həmçinin bu dərmandan dozadan artıq istifadə ürək-damar sisteminin pozulmasına gətirib-çıxarmır.
Alimlər ümid edir ki, insanlar üzərindəki təcrübələrdən də eyni nəticələri alacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət