Slimfit
  1. SİYASƏT

Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır

Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
Sakura

Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır

Çinin ingilis dilində nəşr olunan nüfuzlu "China Daily" qəzetinin internet səhifəsində AZƏRTAC-ın Çindəki xüsusi müxbiri Şahin Cəfərovun Azərbaycanda parlamentin buraxılması və növbədənkənar seçkilərin elan olunması ilə bağlı gedən proseslər barədə məqaləsi yerləşdirilib.

Materialda qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciəti əsasında Milli Məclisin dekabrın 2-də qəbul etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı, Prezident İlham Əliyevin sorğusu əsasında Konstitusiya Məhkəməsinin həmin qərarın Konstitusiyaya uyğunluğu barədə Qərarı barədə məlumat verilib.

Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR