Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yuxusuzluqla mübarizədə kömək edəcək 5 ərzaq

Yuxusuzluqla mübarizədə kömək edəcək 5 ərzaq
Sakura

Yuxusuzluqla mübarizədə kömək edəcək 5 ərzaq

Rasionda bəzi dəyişiklik sizə yuxusuzluqla mübarizədə kömək edə bilər. Birincisi, yatmağa getməzdən bir neçə saat əvvəl, axşamlar gec yox  şam yeməyi qəbul etmək məsləhət görülür. İkincisi, axşamlar ağır və yağlı yemək qəbul etmək məsləhətli deyil.

Medpress.az xarici mediaya istinadən bildirir ki, bunların əvəzinə öz rasionunuza bu məhsulları daxil etməyiniz məsləhətdir.

Süd

Hesab edilir ki, axşamlar süd qəbulu tərkibindəki triptofan maddəsi sayəsində yuxunun keyfiyyətini yaxşılaşdırmağa, həm də dincəlməyə kömək edir. Bundan əlavə, südün tərkibində melatonin hormonu ilə sintezdə iştirak edən kalsium var, bu da bioritmlərin tənzimlənməsi üçün mühümdür.

Banan

Bananın tərkibində əzələləri taqətdən salan kalium və maqnezium var. Banandakı triptofan isə serotonun və melatonin istehsalını stimullaşdırır. Bananı yatmazdan bir saat əvvəl yemək məsləhət görülür.

Qarğıdalı

Hesab edilir ki, kiçik miqdarda karbohidrat axşam yaxşı yuxuya getməyə kömək edir. Ancaq problem ondadır ki, karbohidrat mənbələrinin əksəriyyəti qanda şəkər səviyyəsini artırır. Ekspertlərin çoxunun fikrincə, qarğıdalı, bu karbohidrat mənbəyi kimi düzgün seçimdir, onu yatmazdan 2-3 saat əvvəl yemək olar.

Kivi

Kivi orqanizmi antioksidantla təmin edir – məhz onun çatışmazlığı ilə sağlamlıqla bağlı çoxlu problemin başlayır. Mütəxəssislərin fikrincə, bu problemlərdən biri də normal yuxuya getmək ola bilər.

Xumus

Xumus triptofanın daha bir yaxşı mənbəyidir. Sakitləşməyə və zəifləməyə kömək edir. Bu onunla bağlıdır ki, xumus serotonin istehsalını artıracaq, bunun da sayəsində stress və gərginlik götürülür.

Qeyd edək ki, yuxusuzluq əgər sizdə kifayət qədər uzun müddət davam edirsə və qidalanma və həyat tərzinizdəki dəyişiklik kömək etmirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR