Dərc edildi: Baxış sayı: 1845
Yuxusunda gördü - 6 ildə 13 min innab ağacı əkdi
Türkiyənin Amasya şəhərində “Yaşıl vadi” adlı fermanın yerləşdiyi ərazidə Ahmet Kara adlı adam uzun illərdir başda alma olmaqla müxtəlif meyvələr yetişdirirdi.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Ahmet Kara istədiyi gəliri əldə edə bilmədikdə meyvəçilikdən ümidini kəsməyə başlayıb.
Daha sonra yuxusunda “innab ək” səsini eşidən Kara fermasındakı bütün ağacları söküb və yerinə çinlilərin “ölümsüzlük meyvəsi”, avropalıların isə “super meyvə” dedikləri innab ağaclarından 6 ildə 13 min ədəd əkərək tonlarla yetişdirib satıb.
50 yaşlı Kara tonlarla yetişdirib satdığı innablardan qazandığı gəlir ilə borclarını ödədiyinivə bu bağın Türkiyədə ən böyük innab bağı olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət