Yuxuda xoruldayanlara qarşı yeni üsul
“Ölkə.Az” xəbər verir ki, bundan qurtulmaq üçün xalq təbabətinə müraciət etmək lazımdır. Adi bal bu problemin öhdəsindən asanlıqla gəlir.
Xorultunun əsas səbəbi budur: hava yuxarı tənəffüs orqanlarından traxeya vasitəsilə ağ ciyərlərə rahat keçə bilmir. Bu isə nəfəs yollarının zədələnməsi və ya selik yığılması səbəbindən olur. İkinci əsas səbəb isə artıq çəki, üçüncü səbəb isə baş və boyunun vəziyyətinin uyğun olmamasıdır. Bunun qarşısını almaq üçün isə yuduxan əvvəl ballı çay içmək lazımdır. Bu, selik sekresiyasını böyüdür. Nəticədə selik nəfəs orqanlarında qalmır.
Unutmaq lazım deyil ki, balın tərkibində karbo hidratlar çoxdur. Buna görə də baldan çox istifadə etmək olmaz. Həm də artıq çəkisi olanlara bal məsləhət görülmür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət