Slimfit
  1. ELM

Yuxu haqqında 4 yeni elmi fakt

Yuxu haqqında 4 yeni elmi fakt
Sakura

Yuxu haqqında 4 yeni elmi fakt

Son illər alimlər yuxu haqqında bir neçə elmi kəşfə imza atıblar. Yuxunun yaddaşa təsiri, günorta yuxunun rolu və “yuxusuzluq geni” haqqında məqaləmizdə məlumat ala bilərsiniz.

Yuxu yaddaşı yaxşılaşdırır

Amerikalı alimlər aşkar ediblər ki, doyunca yatmaq yaddaşa əla təsir göstərir.

Kaliforniya Universitetinin neyrobioloqları bunun üçün insan beyninin xüsusi modelini yaradaraq böyük miqyaslı araşdırmalar aparıblar. Bundan sonra ötürücülərin köməyi ilə süni boz maddənin yuxu, onun çatışmazlığı, həmçinin uzun müddət yuxudan məhrum olmağa necə təsir göstərdiyini müəyyən ediblər.

Müəyyən olunub ki, yuxu zamanı beyin qabığına sinaptik əlaqələr qurulur. Onlar qısamüddətli yaddaşı uzunmüddətliyə çevirirlər. Sonra isə bütün bunları bizim xatirə adlandırdığımız formada yaddaşda saxlayırlar.

Günorta yuxusu enerjini yüksəldir və beyin aktivliyini yaxşılaşdırır

Əgər günorta güclü yuxunuz gəlirsə, onda buna qarşı çıxmaq olmaz. Alimlər hesab edir ki, bu enerji partlayışı verir və “döyüş hazırlığı”nı yüksəldir. Əlavə olaraq bu günün ikinci yarısında mühazirələrə gedənlər üçün xüsusilə kömək edəcək yaddaş funksiyalarını oyatmağa kömək edir.

“Görünür, təbiət müəyyən edib ki, insanlar günorta mürgüləməlidir, bu orqanizmə yarım günlük günəş xəttini “keçməyə” kömək edir”, - Stenford yuxu mərkəzinin (ABŞ) keçmiş direktoru Uilyam Dement deyir.

Buna baxmayaraq alimlər vurğulayırlar ki, bu qayda ancaq 30 dəqiqədən artıq davam etməyən günorta yuxusuna aiddir. Bundan çox yatsaq, bu əks effektə səbəb olacaq.

Yeni yerdə nə üçün pis yatırıq

Amerikanın Braun Universitetinin alimləri hesab edirlər ki, bütün bunlar qeyri-təhlükəsizlik hissləridir. Yeni yeri insan beyni az tanınan, yəni qeyri-təhlükəsiz kimi qəbul edir. Buna görə də beyin uzun müddət “yuxuya gedə” bilmir. İnsan nəhayət yuxulayanda isə onun beyninin bir yarımkürəsi yüksək aktivliyi saxlamaqda davam edir.

Alimlər araşdırma apararaq aşkar ediblər ki, sınaq iştirakçılarının beyinləri yarımçıq yatıb və bir hissəsi “oyaq” qalmaqda davam edib.

Yuxusuzluq geni

Bunu kəşf edən alimlər qeyri-rəsmi olaraq “yuxusuzluq geni” adlandırıblar. Rəsmi olaraq bütün tibbi məlumat kitablarından NMu adlanacaq.

Mütəxəssislər onu balıqları müşahidə edərkən aşkar ediblər. Araşdırmanın bir anında aydın oldu ki, onlarda yuxuya nəzarət edən genlər var. Onun işini pozduqda, yuxu ilə problemlər yaranır. Ən azından balıqlara bunu tətbiq edərkən, onlar ilk sutkalar yata bilmədilər, növbəti günlərdə yatmaq və normal rejimi saxlamaqla əlaqədar ciddi problemlər yaşadılar. Zamanla onlar insan yuxusuzluğuna bənzər vəziyyətə keçdilər.

Belə vəziyyət sutkanın işıqlı vaxtının çatdığını hiss etməyən və yatmaqda davam edən insanlarda müşahidə edilir, - Kaliforniya Texnoloji İnstitutundan olan David Prouber izah edir. - bu gün gecə yuxusundan gündüz gümrahlığa keçiddə vacib rol oynayır.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR