Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yuxu dərmanları öldürə bilər - Həkim

Yuxu dərmanları öldürə bilər - Həkim
Sakura

Yuxu dərmanları öldürə bilər - Həkim

Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq doğru qərar ala bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur.

Həkim məsləhəti olmadan qəbul edilən yuxu dərmanları xroniki yuxu və psixoloji pozuntulardan ölümə qədər ciddi fəsadlara səbəb ola bilər.

Ens.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, professor Muhammet Emin Akkoyunlu bildirib ki, həkim tövsiyəsi olmadan qəbul edilən yuxu dərmanları həqiqi yuxunu təqlid edən yalançı bir yuxu deformasiyasına səbəb olur.

"Yatmamışdan əvvəl televizora və komputerə baxmaq, beyində kortizon kimi stres hormonlarını yaradaraq yuxunu dağıdır. Duyğuları, diqqəti, yaddaşı zəiflədən yuxusuzluq düzgün qərar verə bilməkdə çətinlik, diqqətsilzik, depresiya kimi ciddi nəticələrə səbəb olur" - deyə həkim bildirib.

Həkimin fikrincə, dərmanla yuxuya getmək beyində film izlmək kimi bir görüntü yaradır.

"Yuxu real və rahatlıq verici olmalıdır. Bununla yanaşı əlavə bir xəstəliyiniz varsa, yuxu dərmanları sizə zərər verə bilər. Əlacə xəstəliyiniz olmasa belə, nəfəs almağa çətinlik yaradan bu dərmanlar ölümə qədər bir çox problemlərə yol aça bilər. Bu səbəbdən yuxu dərmanlarını dost tövsiyəsi ilə qəbul etməyin. Yuxu dərmanlarını istəklərinizlə qəbul etməyin. Keyfiyyətli yuxu gigiyena qaydalrına əməl etməkdən keçir. Yata bilmək üçün qaranlıq bir yer hazırlayın və özünüzə zaman verin. Buna baxmayaarq yata bilmirsinizsə, həkimə müraciət edin" - deyə o vurğulayıb.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR