Slimfit
  1. İDMAN

“Yuventus”un futbolçusu 5 oyunluq cəzalandırıla bilər

“Yuventus”un futbolçusu 5 oyunluq cəzalandırıla bilər
Sakura

İtaliyanın “Yuventus” klubunun futbolçusu Duqlas Kosta 5 oyunluq diskvalifikasiya oluna bilər

İtaliyanın “Yuventus” klubunun futbolçusu Duqlas Kosta 5 oyunluq diskvalifikasiya oluna bilər.

Report” “Football Italia”ya istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı braziliyalı yarımmüdafiəçinin A Seriyasının V turunda “Sassuolo”nu 2:1 hesabı ilə məğlub etdikləri matçın 90+4-cü dəqiqəsində rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürməsidir.

Bu davranışına görə qırmızı vərəqə alan Duqlas Kosta 3 dəqiqə əvvəl həmin oyunçuya başla zərbə vurmaq istədiyi üçün sarı vərəqə alıb. Üstəlik, matçın gedişində Federikonun üzünə dirsəklə vurub.

İtaliya çempionatının əsasnaməsində rəqibə tüpürməyə görə 3 oyunluq cəza nəzərdə tutulub. Lakin Duqlas Kostanın idmançıya yaraşmayan digər iki davranışı da nəzərə alınarsa, onu 5 matçlıq diskvalifikasiya gözləyir.

Qeyd edək ki, “Yuventus” “Sassuolo”nu İtaliya komandasının heyətində ilk qollarını vuran Kriştianu Ronaldunun dublu ilə məğlub edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR