Slimfit
  1. İDMAN

“Yuventus”un baş məşqçisi: “Çempionlar Liqasının favoriti “Barselona”dır”

“Yuventus”un baş məşqçisi: “Çempionlar Liqasının favoriti “Barselona”dır”
Sakura

“Yuventus”un baş məşqçisi: “Çempionlar Liqasının favoriti “Barselona”dır”

 İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Massimiliano Alleqri futbol üzrə Çempionlar Liqasındakı (ÇL) favoritini açıqlayıb.

Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis İspaniya “Valensiya”sı ilə V tur oyundan əvvəl digər La Liqa təmsilçisi “Barselona”nı bir addım öndə gördüyünü bildirib. Alleqri özlərini də iddialılar sırasına daxil edib: “Fikrimcə, turnirin qalibi olmağa “Barselona” favoritdir. Həmçinin biz də daxil olmaqla, daha 3 klub iddialıdır. Bir müddət əvvəl “Real Madrid”i favorit adlandırmışdım. İndi isə bu qismdə “Barselona”nı görürəm. Ümid edirəm ki, bu dəfə səhv edəcəyəm”.

Son 3 mövsümdə ÇL-in qalibi “Real Madrid” olub.

Qeyd edək ki, 4 turdan sonra “Yuventus” 9 xalla H qrupunun lideridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR