Dərc edildi: Baxış sayı: 344
Yuventus"dan 88 ildən sonra ən uğurlu start
"Yuventus" üçün bu mövsüm ən yaxşı startı ilə yadda qalıb. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu 88 ildən sonra ilk dəfə bu mövsüm keçirdiyi ilk 7 oyunun hamısında qələbə qazanıb.
Sonuncu dəfə "Yuventus" bu uğurlu starta 1930-cu ildə nail olmuşdu. Qeyd edək ki, Massimiliano Alleqrinin komandası A seriyasındakı ilk 6 oyununda və ÇL-in qrup mərhələsinin görüşündə qələbə qazanıb. "Yuventus" bu oyunlarda 15 qol vurub, 4 qol buraxıb.
Xatırladaq ki, Turin təmsilçisi son olaraq dünən A seriyasında "Bolonya" ilə matçda iki cavabsız qolla qalib gəlib. Komanda hazırda 18 xalla ölkə çempionatının lideridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət