Slimfit
  1. İDMAN

"Yuventus" Ronaldonun hər dəqiqədə bir formasını satıb

"Yuventus" Ronaldonun hər dəqiqədə bir formasını satıb
Sakura

İtaliyanın "Yuventus" klubu yeni transferi Kriştianu Ronaldonun hər dəqiqədə bir futbolkasını satır

 İtaliyanın "Yuventus" klubu yeni transferi Kriştianu Ronaldonun hər dəqiqədə bir futbolkasını satır. 

"Report"un "Tutto Juve"yə istinadən verdiyi məlumata görə, tələblərin xeyli çox olması üzündən klubun internet-maqazini işini dayandırıb. "Yuventus" atributlarının rəsmi satış nöqtələrində isə növbələr çoxalıb. Bir futbolkanın qiyməti orta hesabla 100 avrodur. Klub ən azı 1 milyon forma satmaq niyyətindədir. 

Qeyd edək ki, Kriştianu Ronaldonun İspaniya "Real Madrid"indən "Yuventus"a transferi iyulun 10-da açıqlanıb. Transfer məbləği 100 milyon avro olub. Bu vəsaiti "Yuve" 3 il ərzində ödəməlidir. Oyunçunun illik əmək haqqı isə 30 milyon avrodur. 

Mənbə: Report.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR