Slimfit
  1. İDMAN

"Yuventus" ölkə çempionatında "İnter"i məğlub edib

"Yuventus" ölkə çempionatında "İnter"i məğlub edib
Sakura

"Yuventus" ölkə çempionatında "İnter"i məğlub edib

Turinin "Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasının 15-ci turunda Milan "İnter"ini məğlub edib.

Report” xəbər verir ki, Turinin "Alyans — Yuventus" stadionunda keçirilən matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Qarşılaşmada vurulan yeganə qolun müəllifi xorvatiyalı hücumçu Mario Mancukiç olub. O, komandasına qələbə gətirən qolu 66-cı dəqiqədəportuqaliyalı müdafiəçi Joau Kanselunun məhsuldar ötürməsindən sonra vurub.

Bu qələbə sayəsində "Yuventus" cari İtaliya çempionatı mövsümündə məğlubiyyətsizlik seriyasını davam etdirib. Massimiliano Alleqrininyetirmələri 15 oyunda 14 qələbə və 1 heç-heçəyə nail olublar. "İnter" isə son dörd qarşılaşmada 2-ci məğlubiyyətini alıb.

Turin komandası hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir, Milan klubu isə 29 xalla üçüncüdür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR