Dərc edildi: Baxış sayı: 393
"Yuventus"un hücumçusu Mario Mancukiç Turin klubundan ayrılmayacaq
"Yuventus"un hücumçusu Mario Mancukiç Turin klubundan ayrılmayacaq.
Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu "qoca sinyora" ilə müqaviləsinin müddətini uzatmağa yaxındır. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar yekunlaşmaq üzrədir. 32 yaşlı forvardın yaxın günlərdə İtaliya klubu ilə 2 illik sözləşmə imzalayacağı gözlənilir. Yeni anlaşmaya əsasən, onun illik maaşı 7,5 milyon avro olacaq.
Qeyd edək ki, Mancukiçin hazırkı müqaviləsi 2020-ci ilə qədərdir və futbolçu ilinə 4,5 milyon avro qazanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət