Slimfit
  1. KOSMOS

Yupiter (planet)

Yupiter (planet)
Sakura

Yupiter və ya Müştəri Jupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci yerdə duran, ən nəhəng…

Yupiter və ya Müştəri Jupiter symbol.svg — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci yerdə duran, ən nəhəng planetdir.

Yer qrupu planetlərə Merkuri, Venera, Yer və Mars, nəhəng planetlər qrupuna Yupiter, Saturn, Uran və Neptun daxildir. 

Yupiter Asteroid qurşağından xaricdə yerləşdiyi və tipinə görə qaz nəhəngi olduğu üçün xarici planetlərə aid edilir.

Yupiter kütləsinə görə Günəşdən 1050 dəfə kiçik, Yerdən 318 dəfə, digər bütün planetlərin kütlələri cəmindən isə 2,5 dəfə böyükdür. Yupiter və Saturn qaz nəhəngləridir, digər iki nəhən planet Uran və neptun isə buz nəhəngləridir. Yupiter qədim zamanlardan astronomlara məlum olmuşdur.Qədim Romalılar onu öz tanrıları Yupiter adlandırmışlar. Yupiterin görünən ulduz ölçüsü m=-2,94-dür, yəni kifayət qədər parlaq obyekt kimi müşahidə olunur.Yupiter gecə göyündə Ay və Veneradansonra təxminən üçünü parlaq göy cismi kimi müşahidə edilir.

Yupiter əsasən hidrogendən ibarətdir, kütləsinin dörddə birini isə helium təşkil edir. Baxmayaraq ki, helium molekulların sayının onda birini təşkil edir. Həmçinin nüvədə ağır elementlərin olması ehtimal edilir. Lakin digər nəhəng planetlər kimi Yupiterin də müəyyən bərk səthi yoxdur. Sürətli fırlanma səbəbindən planetin forması basıq sferoiddir (ekvator ətrafında kiçik, lakin nəzərə çarpan çökəklik vardır).

Ekvatorial radiusu 71400 km-dir.

Orta sıxlığı 1,3 q/sm3=1300 kq/m3-dir.

Yupiter öz oxu ətrafında böyük sürətlə fırlanır. Yupiter bərk cisim kimi fırlanmır (Günəş kimi). Onun ekvatorunda fırlanma sürəti ən böyük, qütblərdə isə ən kiçikdir. Onun tam fırlanma periodu ekvatorunda 9 saat 50 dəqiqə 30 saniyəyə bərabərdir.

Yupiterin orta temperaturu -140 °C-dir.

Yupiterin maqnit sahəsi Yerə nisbətən 10-20 dəfə çoxdur.

Yupiter Günəş sistemindəki ən böyük planetdir. Nisbətən aşağı olan sıxlığı (suyun sıxlığının 1,33 qatı), planetin axıcı quruluşu və öz ətrafındakı dönüş sürətinin yüksəkliyi səbəbiylə, Saturn qədər olmasa da ekvatorda geniş, qütblərdə basıq elipsoid görünüşə malikdir.

Qaz nəhəngləri, ehtiva etdikləri elementlərin nisbətlərinə görə iki alt qrupa ayrılırlar. Uran və Neptun 'buz' və 'qaya' nisbəti daha yüksək Uran bənzəri planetlər qrupundadır. Yupiter və Saturn isə, adını yenə Yupiterdən edən Yupiter bənzəri planetlər qrupu içindədir.

Mündəricat

  • 1Yupiterin təbii peykləri
    • 1.1"Avropa" peyki
  • 2Müşahidə
  • 3Günəş sistemində ən isti yer

 

Yupiterin təbii peykləri

Son məlumatlara görə Yupiterin 79 peyki var. Bu Günəş sistemi üçün maksimal göstəricidir. Bəzi hesablamalara görə isə Yupiterin peyklərinin sayı yüzdən artıqdır. Bu peyklərdən dörd ən əhəmiyyətliləri İo, Avropa, Hanimed və Kallisti hələ 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir.

 

"Avropa" peyki

 
Yupiterin bəzi peykləri

Yupiterin bu təbii peykinə astrobioloqların marağı son illərdə daha da artmışdır. 1996-cı ildə Yupiter planetini tədqiq etmək üçün göndərilən Qalilley kosmik gəmisi Avropanın arxa tərəfinin şəklini yerə göndərmişdi. Bu şəkildə buzla örtülü okeanın olduğu aydın görünürdü. Baxmayaraq ki, Avropanın səthində temperatur Yerdəki həyat forması üçün çox aşağıdır, astrobioloqlar həmin okeanın canlılar üçün həyat məskəni ola biləcəyini söyləyirlər. Yerin özündə bəzən canlıların elə ekosistemlərini aşkar edirlər ki, həyatın yalnız Yerdə mümkün olmasını bir daha şübhə altına alır. Məsələn, Yerin çox dərin qatlarında, suxurlarda yalnız silisium elementı ilə qidalanan və inkişaf edən bakteriyalar tapmışlar. Burada şərait elədir ki, bizə məlum olan canlının varlığı bu suxurlarda qeyri mümkündür. Başqa bir misal, vulkanoloqlar bəzi hallarda vulkanların kraterlərindən götürülmüş nümunələrdə bakteriyaların olduğunu kəşf edirlər, nüvə reaktorlarında, çox yüksək radiasiyanın olmasına baxmayaraq, bəzi bakteriyaların yaşadığını müəyyən etmişlər. İndi NASA Kaliforniya dağlarında, Ames Tədqiqatlar mərkəzinə məxsus Astrobiologiya İnstitutu təsis etmişdir. NASA-nın digər 11 institutları ilə sıx əməkdaşlıq edən bu institutun alimləri bu yeni sahəni inkişaf etdirmək fikrindədirlər

 

Müşahidə

İnfraqırmızı spektr sahəsində Hidrogen və Helium atomları, həmçinin çoxlu sayda digər elementlər müşahidə olunur. İlk iki elementin miqdarı planetin mənşəyi haqqında, digər elementlər isə planetin təkamülü haqqında informasiya verir. Lakin bu elementlərin optik diapazonda incələnməsi çox çətinliklər qarşıya çıxarır. Bundan başqa, Yupiter Günəşdən əldə etdiyi enerjidən 60% daha çox enerji yayır. Bu enerjinin hazırlanması proseslərinə görə Yupiterin ölçüləri ildə 2 sm kiçilir. Mülahizələrə görə, Yupiter formalaşarkən indikindən 2 dəfə böyük olmaqla yanaşı, temperaturu da indikindən xeyli yüksək olub.

 

Günəş sistemində ən isti yer

Bir çoxumuz üçün bura Günəşdir. Ancaq təəssüflər olsun ki,bu doğru deyildir.Çünki Günəş sisteminin ən isti yeri Günəşdə deyil,Yupiterdədir.

Yupiterində Dünyada olduğu kimi maqnit sahəsi vardır.Təbiiki bu sahə bizimki ilə müqayisə olunmayacaq qədər böyük və güclüdür.Yupiterin bu nəhəng maqnit sahəsinə tutulan yüklü kosmik zərrəciklər,yenə Dünyamızda olduğuna bənzər "Van Allen Qurşaqları" əmələ gətirir.Bu radiasiya qurşağını əmələ gətirən isti zərrəciklərin mənbəyi; Günəş,Yupiterin özü və peyklərindən gələn qazlar,ionlar və atomaltı zərrəciklərdir.

Yupiterdən 3 milyon km məsafədə başlayıb onlarca milyon km uzağa uzanan böyük radiasiya qurşaqlarında qravitasiya,zərrəcik bombardımanı,sürtünmə və başqa yollarla inanılmaz yüksək enerjilərə məruz qalan bu zərrəciklər o qədər isinir ki,istiliyi 200 milyon santigrad dərəcədən daha çox olur.Bu,Günəş sistemi daxilində bildiyimiz ən yüksək istilikdir.

Müqayisə üçün deyək ki,Günəşin səth temparaturu 5-6 min,nüvəsindəki istilik isə 13-15 milyon santigrad dərəcədir.Günəşin korona təbəqəsində də maqnetik sahələr

səbəbi ilə çox yüksək istiliklər meydana gəlir,amma bu istilik Yupiterin maqnit sahəsində olduğu kimi yüz milyonlarca dərəcə deyil,bir neçə milyon santigrad dərəcə civarındadır.

Burada onu qeyd etmək lazımdır ki,maqnit sahəsi içindəki radiasiya qurşaqlarında yer alan bu zərrəcik və qazların arasında olsanız yanmaz və isinməzsiniz.Çünki zərrəcik sıxlığı çox düşükdür.

Dünya atmosferi içində bizlər hər kub santimetrə milyardlarla atom olan bir mühit içində yaşayırıq.Bu qədər çox sayda atom ,həm təmas həmdə şüalanma yolu ilə sıx istilik transferi yaşanmasına səbəb olur. Dolayısı ilə gündəlik hisslərimizlə "bir yer istidirsə,orada qaldığımızda isinərik" şəklində düşünürük.Oysa bu Dünya səthində doğru,ancaq kosmosboşluğundakı quruluşlar üçün doğru deyildir.

Yupiterin maqnit sahəsindəki zərrəcik/atom sıxlığı hər kub santimetrdə bir neçə atomdan çox deyildir.Dolayısı ilə həddindən çox isti olsalar belə bu zərrəciklər diqqətə almağa dəyər bir istilik transferinə səbəb olmazlar.Bu aşağı sıxlıq səbəbi ilə tək-tək ölçüldüklərində yüzlərcə milyon santigrad dərəcəyə çatan istilikləri çevrələrini isitməyə yetərli deyildir.

Yəni bu qurşağın çevrəsindəki hər hansı bir peyki və ya planeti azacıqda olsa isitməsi mümkün deyil. ununla bərabər istilik şəklində zərər verməsələr belə,çox yüksək 

radiasiya səviyyəsi hər bir formada həyatda qalmanıza icazə verməyəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR