Yunus Əmrə - Ey qopuz ilə çeştə, əslün nədür, nə işdə
Ey qopuz ilə çeştə, əslün nədür, nə işdə?!
Sana sual soraram, aydıver bana üşdə.
Aydur ki, əslüm ağac, qoym kirişi bir qaç,
Gəl işretüm dinlə keç, əqli qoma bələşde.
Aydurlar bana həram, bən oğnlıq dəgüləm,
Çünki əslüm mismildür, ne var imiş kirişdə.
Bana kiriş dedilər, eşqə giriş dedilər,
Benüm adum eşq verdi, bən durmazam qolmaşda.
Şadılığile geldüm işbu aləmə toldum,
Mürvətlərə düzüldüm, qodılar işbu düşdə.
Ağac deri dirildi, kiriş ilə bir oldı,
Eşq dənizinə taldı, bəhanə yoq bu işdə.
Mövlana söhbətində saz ilə işrət oldı,
Arif mə’niye taldı, çün bilədür fəriştə.
Feriştəyi anmaqdan biləsin murad nədür,
Gecə-gündüz bilədür sənün ile hər işdə.
Ol fəriştəler adı Kiramən katibindür,
Yazmaqdan usanmazlar, armazlar yazü qışda.
Birisi sağ omzunda, birisi sol omzunda,
Birisi xeyrün yazar, birisi şər cünbüşdə.
Kağızları dükənməz, nə xud mürəkkəbləri,
Aşınmaz qələmləri, qaimlerdür ol işdə.
Həm meyxaneye varur, həm bütxanəyə girür,
Bunlar saqlarlar seni, sən ğafilsin bu işdə.
Yunus, imdi sübhanı vəsf eyləgil könüldə,
Ayru degül arifdən bu qopuz ile çeştə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət