Yunus Əmrə - Əvvəl bənəm, axır bənəm, canlara can olan bənəm
Əvvəl bənəm, axır bənəm, canlara can olan bənəm,
Azub yolda qalmışlara hazır mədəd irən bənəm.
Bİr qərara dutdum qərar, simimi bənüm kim tuyar?
Gözsüz bəni qanda görər, könüldə gizlənən bənəm.
Kiin dəmində qətrə uran, bir nəzərdə dünya turan,
Qüdrətindən xan döşəyüb eşq növbətin uran bənəm.
Düz döşədüm bu yerləri, çöksü urdum bu tağları,
Sayəvan eylədüm gögləri, gerü dutub duran bənəm.
Dəxi əcəb aşiqlərə iqrarü din, iman oldum,
Xəlqün könlində küfr ile, islam ilə iman bənəm.
Xəlq İçində dirlik düzen, dürt kitabı toğru yazan,
Ağ üstinə qara dİzən ol yazılan Qur’an bənəm.
Dostilə birligə bitən, buyruğı nəyisə dutan,
Mülk bəzəyüb dünya düzen ol bağçavan həman bənəm.
Həmzeyi Qafdan aşuran, əlin-ayağın şeşüren,
Simürği-Qaf ardmdağı ol ağılu ilan bənəm.
Yunus degül bum deyən, kəndüligidür söyləyən,
Kafor olur inanmayan, əvvəl axır həman bənəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət