Dərc edildi: Baxış sayı: 1091
Yunus Əmrə - Dağlar ilə taşlar ile çağırayın, Mövlam, səni
Dağlar ilə1 taşlar ile çağırayın, Mövlam, səni,
Səhərlərdə quşlar ilə çağırayın, Mövlam, səni.
Su dibində mahi ilə, səhralarda ahu ilə,
Abdal olub yahu ilə çağırayın, Mövlam, səni.
Gög yüzində İsa ile, Tur tağında Musa ile,
Əlindəki əsa ilə çağırayın, Mövlam, seni.
Derdi öküş Əyyub ilə, gözi yaşlu Yə’qub ile,
Ol Mühəmməd məhbub ile çağırayın, Mövlam, səni.
Hemdü şükri Allah ilə, vəsfi “qul huvəllah’’ ile,
Daima zikrüllah ilə çağırayın, Mövlam, səni.
Bilmişəm dünya halını, tərk etdüm qiylü qalım,
Baş açuq, ayaq yalını çağırayın, Mövlam, seni.
Yunus oqır dillər İlə, ol qumn bülbüllər ile,
Həqqi sevən qullar ilə çağırayın, Mövlam, səni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət