Slimfit
  1. TÜRKİYƏ

İstanbulda güclü zəlzələ: Xəsarət alanların sayı artdı

İstanbulda güclü zəlzələ: Xəsarət alanların sayı artdı
Sakura

İstanbulda güclü zəlzələ: Xəsarət alanların sayı artdı

Bu gün İstanbul və ətraf ərazilərdə baş vermiş zəlzələ nəticəsində təxminən 240 vətəndaş xəsarət alıb.

Oxu.Az "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.

Nazir Fövqəladə Hallar İdarəsinin operativ qərargahında çıxışı zamanı bildirib ki, xəsarət alanların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

"Ümumilikdə 236 vətəndaşımız zəlzələ nəticəsində, əsasən panikaya qapılıb evlərini tərk edərkən xəsarət alıb. Bunlardan 173-ü birbaşa İstanbuldadır", - deyə nazir qeyd edib və əlavə edib ki, onlara yerində tibbi yardım göstərilib.

Türkiyənin ekologiya və şəhərsalma naziri Murad Kurum isə açıqlamasında bildirib ki, zəlzələdən sonra 378 binada struktur zədələri ilə bağlı qaynar xəttə müraciət daxil olub.

Nazir əlavə edib ki, təhlükəsizlik tədbiri olaraq 12 binadan sakinlər təxliyə edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR