Slimfit
  1. ƏDƏBİYYAT

Yunus Əmrə - Bir sualum (var) sana, ey dərvişlər əcəsi

Yunus Əmrə - Bir sualum (var) sana, ey dərvişlər əcəsi
Sakura

Yunus Əmrə - Bir sualum (var) sana, ey dərvişlər əcəsi

Bir sualum (var) sana, ey dərvişlər əcəsi, 
Məşayix nə buyurur yol xəbəri necəsi?

Vergil suale cəvab, dutalum olsun səvab - 
Şö’lə kimə göstərir eşq evinün bacası.

Əwəl qapu şəriət əmrü nəhyi bildürür, 
Yuya günahlarunı hər bir Qur’an hecəsi.

İkincisi təriqət, qulluğa bel bağlaya,
Yolı toğn varana yarlığaya xocası.

Üçüncüsı mə’rifet can, könül gözin açar, 
Baq mə’ni sarayına — ərşə dəgin yücəsi.

Dördüncüsi həqiqət, ərə eksük baqmaya, 
Bayram ola gündüzi, Qədr ola gecəsi.

Bu şəriət güc olur, təriqət yoquş olur, 
Mə’rifet sarplıqdurur, heqiqetdür yücəsi.

Dərvişün dört yanında dört ulu qapu gərək, 
Qancaru baqar isə gündüz ola gecəsi.

Ana irən dərvişə iki cəhan kəşf olur,
Amin sifatın ögər ol xocalar xocası.

Dört hal içində dərviş gərək siyasət çəkə, 
Mənzilə irməz, qalur yol əri yuvacası.

Qırq kişi bir ağacı tağdan gücin endürə,
Ya bunca mürid mühibb sirat necə keçəsi?

Küfrün atarkən saqın İmanun urmayasın,
Yoxsa sirsin güveci, səbil olur güvəci.

Dört qapudur, qırq məqam, yüz altmış mənzili var, 
Ana irənə açılur vilayət dərəcəsi.

Aşiq Yunus bu sözi mühal deyü söyləməz,
Mə’ni yüzin göstərür ol aşiqlər qocası.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR