Slimfit
  1. CƏMİYYƏT

Yunu, əti, südü can dərmanı olan “səhra gəmiləri”

Yunu, əti, südü can dərmanı olan “səhra gəmiləri”
Sakura

Yunu, əti, südü can dərmanı olan “səhra gəmiləri”

Bir zamanlar dəvələrdən daha çox yük daşınmasında istifadə edilirdi. Dövrümüzdə isə “səhra gəmiləri”ndən nəinki yalnız yük daşımaq, həm də gəlirli fermer təsərrüfatı qurmaq mümkündür.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir sakinləri Gülgəz Allahverdiyeva nəvəsi Mikayıl Allahverdiyelə şəhər ərazisində 14 baş dəvəyə qulluq edir.

Onların məqsədi bu təsərrüfatı genişləndirib gəlir əldə etməkdir. M.Allahverdiyev bildirir ki, dəvələrin boğazlıq müddəti 13 ay olur. Onlardan süd almaq bir qədər çətin olsa da, südün yağlılığı 50 faizdən çoxdur. Eləcə də, əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir. Buna görə də dəvənin əti, südü və yununu bazara çıxarmaqla yaxşı gəlir əldə etmək olar.

Yüklü dəvə gün ərzində 35-40 kilometrə qədər yol gedə, bir tona yaxın yük daşıya bilir. 

Fəsil dəyişkənliyindən asılı olmayaraq, dəvələr çöllük ərazilərdə daha çox tikanla qidalanır.

Müxtəlif adlar verilən canlılar sahibinin çağrışına da tez bir zamanda reaksiya verirlər. 
Ən sevimli xüsusiyyətləri isə suda və qumda ağnamaqdır. 

G.Allahverdiyev bildirir ki, şəhər ərazisində bəslənən dəvələrə maraq böyükdür: 

“Kimisi uzaq məsafə qət edib təsərrüfata gələrək onlarla şəkil çəkdirir. Kimisi də, “Səhra gəmi”lərinin tükündən və südündən almaq üçün həmin məkana üz tutur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR