Dərc edildi: Baxış sayı: 601
Yunanıstanda sualtı muzey açılır
Yunanıstanda turistlərə suyun altında qalan tarixi əşyaları, abidələri görmək imkanı yaradan sualtı muzey açılır.
Avropanın qədim ölkəsində indiyədək su hövzələrində adamlara arxeoloji qalıqların ola biləcəyi dərinliklərə baş vurmasına qadağa qoyulmuşdu. Qadağa aradan götürülür. Sadəcə, rəsmi orqanlar buna nəzarət edəcək.
Hökumət artıq dayverlərə Egey dənizinin qərbində, Alonissos adasının yaxınlığında batan gəminin qalıqlarına baxmağa şərait yaradıb. Gəmi V əsrdə batıb. Böyük ehtimalla içində şərab olan ikiqulplu dolçalar daşıyırmış. Geridə qalan müddətdə gəmi sıradan çıxıb. Taxtalar çürüyüb. Gəminin metal hissələri yararsız hala düşüb. Amma dolçalar yaxşı vəziyyətdədir. 25 metr dərinlikdə bunları görmək mümkündür.
Mənbə: Seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət