Dərc edildi: Baxış sayı: 576
Yunanıstanda iyulun 7-də parlament seçkiləri keçiriləcək
Yunanıstanda iyulun 7-də vaxtından əvvəl parlament seçkiləri keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Dimitris Tzanakopulos deyib.
Onun sözlərinə görə, baş nazirin Aleksis Tsiprasın qərarı ondan ibarətdir ki, məktəb imtahanlarına müdaxilə etməmək üçün parlament seçkiləri iyulun 7-də keçiriləcək.
D.Tzanakopulos, həmçinin bildirib ki, bunun üçün A.Tsipras iyunun 10-da Yunanıstan prezidenti Prokopis Pavlopulos ilə görüşəcək.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət