Slimfit
  1. İQTİSADİYYAT

Yunanıstan Şimali Makedoniyanın Azərbaycan qazının nəqli şəbəkəsinə qoşulması barədə

Yunanıstan Şimali Makedoniyanın Azərbaycan qazının nəqli şəbəkəsinə qoşulması barədə
Sakura

Yunanıstan Şimali Makedoniyanın Azərbaycan qazının nəqli şəbəkəsinə qoşulması barədə

Yunanıstanla Şimali Makedoniya arasında enerji sektorunda münasibətlərin bərpası iki ölkə enerji təchizatı şəbəkələri arasındakı əlaqənin bərpası ilə başlaya bilər, bu həm də ümumi infrastrukturun inkişafını tələb edə bilər.

Trend-in məlumatına görə, bunu Yunanıstanın energetika və ətraf mühit naziri Yorqos Statakis deyib.

O, iki ölkənin şəbəkələrinin birləşdirilməsinin və Şimali Makedoniyanın "Cənub Qaz Dəhlizi"nin tərkibinə daxil olan TAP layihəsini və Yunanıstan-Bolqarıstan interkonnektorunu əhatə edən daha geniş şəbəkəyə inteqrasiyasının vacibliyini vurğulayıb.

 

Y.Statakis qeyd edib ki, üçlü interkonnektorun yaradılması fikri aradan qaldırılmayıb. Yunanıstan hökuməti hesab edir ki, üçlü interkonnektor fikrinin reallaşması ilə Şimali Makedoniya Cənubi Balkan regionunun aparıcı enerji qovşağına çevrilməsində vacib iştirakçı ola bilər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR