Slimfit
  1. DÜNYA

Yunanıstan Rusiyadakı səfiri geri çağırdı

Yunanıstan Rusiyadakı səfiri geri çağırdı
Sakura

Yunanıstan Rusiyadakı səfiri geri çağırdı

Yunanıstan Rusiyakı səfirini geri çağırıb.

Publika.az xəbər verir ki, bu haqda hökumətdəki mənbə “RİA-Novosti” agentliyinə bildirib.

Yunan səfiri Andreas Friqanas yaxın vaxtlarda vətənə qayıdacaq. Qərarı Yunanıstan Xarici İşlər Nazirliyinin başçısı Nikos Kotzias şəxsən qəbul edib.

Mənbə əlavə edib ki, Moskvaya başqa səfiri göndərəcəklər, amma bunun nə vaxt olacağı hələ dəqiq deyil. Agentliyin yunan diplomatik dairələrindəki həmsöhbəti də bu məlumatları təsdiq edib.

Xatırladaq ki, iyulun 11-də Afina iki Rusiya diplomatını ölkədən deportasiya edib. Onlar dövlətin daxili işlərinə müdaxilədə və Yunanıstanın milli təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlərdə ittiham olunur.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva bu addıma adekvar cavab verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR