Slimfit
  1. DÜNYA

Yunanıstan adasına köçənə ayda 500 avro vədi

Yunanıstan adasına köçənə ayda 500 avro vədi
Sakura

Yunanıstan adasına köçənə ayda 500 avro vədi

Yunanıstanın Andikitira adasının bələdiyyəsi əhalinin sayını artırmaq üçün buraya köçənlərə yeni ev, torpaq sahəsi və 3 il ərzində hər ay 500 avro (957 AZN) məbləğində ödəniş təklif edir.

Yunanıstanın Andikitira adasının bələdiyyəsi əhalinin sayını artırmaq üçün buraya köçənlərə yeni ev, torpaq sahəsi və 3 il ərzində hər ay 500 avro (957 AZN) məbləğində ödəniş təklif edir.

Hazırda adanın cəmi 24 daimi sakini var. Onların çoxu yaşlı insanlardır. Yay mövsümündə sakinlərin sayı artaraq 40-a çatır.

Aralıq dənizində yerləşən Andikitiranın bələdiyyə sədri Andreas Charchalakis sakinlərin sayını 300-ə çatdırmaq istəyir.

"Bizim yerimiz çox gözəldir. Qış bir az sərt keçir. Bir neçə gün əvvəl 3 uşaqlı ailə buraya gəldi və adamız bir anda şənləndi.

Bizim adamıza yenidən uşaq səsləri gətirəcək üç gənc ailə axtarırıq", - greekreporter.com saytı Andreas Charchalakis-in sözlərini iqtibas edir.

"Müasirləşdirilmiş kiçik bir yer"

51 kvadrat kilometr ərazisi olan adanın internet saytında Andikitira "müasirləşdirilmiş kiçik bir yer" olarak təqdim edilir.

Yerli hakimiyyət bildirir ki, adada yaşamağa maraq göstərən namizədlər arasında üstünlük Yunanıstan vətəndaşlarına veriləcək.

Adada balıqçı, inşaatçı fermer və çörəkçi vakansiyalarının olduğu bildirilir.

Andikitiraya ən yaxın iri ada Kritdir. Oraya bərə ilə 2 saata çatmaq olar. Paytaxt Afinadan isə adanı 45 dəqiqəlik təyyarə uçuşu ayırır.

Adanı canlandırmaq planları barədə yazan Britaniyanın Daily Mail qəzetindəki məqalədə Andikitira "cənnət guşəsi" kimi təqdim olunur.

Adada balıqçı, inşaatçı fermer və çörəkçi vakansiyalarının olduğu bildirilir.

Andikitiraya ən yaxın iri ada Kritdir. Oraya bərə ilə 2 saata çatmaq olar. Paytaxt Afinadan isə adanı 45 il dəqiqəlik təyyarə uçuşu ayırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR