Dərc edildi: Baxış sayı: 903
:0
Yunan lider İslamı təhqir etdi, türk parlamentari isə...
Yunanıstan parlamentində təmsil olunan “Yunan Həlli” Partiyasının lideri Kiryakos Velopulos yeni vergi qətnamələri ilə bağlı çıxışında İslam dinini təhqir edib.
Axar.az xəbər verir ki, Kiryakos İslamiyyətin din olmadığını, siyasi ideologiyanı ehtiva etdiyini bildirib.
Partiya lideri əlavə edib ki, İslam dinində buyurulan yaşam tərzi Qərb həyatı tərzinə uyğun gəlmir.
Buna cavab olaraq, “Dəyişiklik Hərəkatı” Partiyasının türk əsilli təmsilçisi İlhan Əhməd Kiryakosun fikirləri ilə razılaşmadığını, bu çıxışla bütün müsəlmanları təhqir etdiyini bildirib.
Türk parlamentariyə yunan həmkarı SYRİZA hərəkatının təmsilçisi Efklidis Çakalotos da dəstəyini ifadə edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət