Dərc edildi: Baxış sayı: 573
Yunan diplomat: Ərdoğan atəşlə oynayır
Yunanıstan Xarici İşlər nazirinin müavini Miltiadis Varvitsiotis ölkədə fəaliyyət göstərən “Skai” radiosunda yayımlanan proqramda Türkiyənin həm özünün, həm də Şimali Kipr Türk Respublikasının haqlarını qorumaq üçün Aralıq dənizinin şərqində atdığı addımları tənqid edib.
“Yeni Akit”in məlumatına görə, nazir müavini Türkiyənin Liviyaya hərbi yardım göndərməsi ilə bağlı sualı cavablandırarkən Ərdoğan riskli davrandığını bildirib.
“Bu cür davranış Türkiyənin daha güclü bir şəkildə təcrid edilməsinə şərait yaradar. Bu Neo-Osmanlı diffuzionizminə hər yerdən tənqidlər gəlir. Ərdoğan atəşlə oynayır və sadəcə Yunanıstandan deyil, bütün qlobal aktorlardan reaksiya görür”, - nazir müavini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət