Slimfit
  1. MARAQLI

Yumurtanın saxlanılması ilə bağlı bilmədiyiniz 5 fakt

Yumurtanın saxlanılması ilə bağlı bilmədiyiniz 5 fakt
Sakura

Yumurtanın saxlanılması ilə bağlı bilmədiyiniz 5 fakt

Yumurta ən çox istehlak edilən məhsullardan biridir.

Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır və bu məhsulu tez-tez yemək olmaz. Lakin aparılmış son araşdırmalar bunu təkzib edib. Hal hazırda belə hesab olunur ki, gündə 1 yumurta yemək orqanizmə nəinki ziyan vurmur, əksinə fayda verir - ürək-damar sistemi xəstəliklərinin və həmçinin qaraciyər xərçənginin riskini azaldır. Nəzərə almaq lazımdır ki, yumurtanı qızardılmış deyil, bişmiş şəkildə yemək lazımdır.

Yumurtanın tərkibində olan faydalı maddələri qorumaq üçün onu düzgün şəkildə saxlamaq lazımdır:

1. Saglamolun.az bildirir ki, yumurtanı soyuducunun qapısında deyil, soyuducunun orta rəfində saxlamaq lazımdır.

2. Yumurtanın qabığı məsaməli olduğundan yumurta istənilən qoxuları özünə hopdurur. Bu səbəbdən yumurtanı kəskin iyli məhsullarla bir yerdə saxlamaq olmaz.

3. Yumurtanın uzun müddət təzə qalması üçün onu iti ucu aşağı olmaqla soyuducuda saxlamaq lazımdır.

4. Yumurtanı yalnız istifadə etdikdən əvvəl yumaq lazımdır. Yumurtanı qabaqcadan yuyub saxlamaq olmaz, bu halda yumurta daha tez xarab olur.

5. Yumurtanı istehsal etdikdən sonra 25 gün ərzində saxlamaq olar. İstehsal tarixi yumurtanın və ya qablaşdırmanın üzərində qeyd olunur. Bişmiş yumurtanı 2 gündən, çatlamış yumurtanı 1 gündən çox saxlamaq olmaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR