Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yumurtanın bu möcüzəli və inanılmaz xeyrini heç vaxt eşitməmisiniz

Yumurtanın bu möcüzəli və inanılmaz xeyrini heç vaxt eşitməmisiniz
Sakura

Yumurtanın bu möcüzəli və inanılmaz xeyrini heç vaxt eşitməmisiniz

Həyətində və ya dibçəyində meyvə-tərəvəz və çiçək yetişdirənlər bitkilərin səmərəsini artırmağın çətinliyini bilirlər. Adətən, bitkilərin səmərəliliyini artırmaq üçün müxtəlif pestisidlər və müxtəlif  kimyəvi maddələr istifadə edilir. Ancaq bir yumurta ilə artıq yetişdirdiyiniz tərəvəz və meyvələrdən qat-qat artıq səmərə alacaqsınız. Özü də tək etməniz lazım olan bitkiləri əkərkən istifadə edəcəyiniz torpağa çiy yumurta qoymaqdır.

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, yumurtanın qabıqlarının tərkibindəki kalsium və müxtəlif minerallar torpağı çox miqdarda mineral təmin edir.

Torpağın altına qoyub gedəcəyiniz çiy yumurta sayəsində torpağınız həm mineral qaynağı olacaq, həm əkdiyiniz bitkilərin köklərinin çürüməsinə mane olacaq, həm də əkmiş olduğunuz tərəvəz və meyvələrin səmərəliliyini xeyli dərəcədə artıracaqdır.

Gələk bu prosesin necə aparıldığına. İlk olaraq bitki əkəcəyiniz torpağı seçməlisiniz. Daha sonra çiy yumurtanı torpağa qoyub üzərinə torpaq səpin.

Yumurtanız çürüməyə başladıqca torpağınız mineral anbarı olacaqdır. Bu prosesi xarab olmuş  yumurtalarla etmək daha yaxşı nəticə verəcəkdir.

Peşəkarlar tərəfindən tətbiq olunan bu üsul daha sonra həyətində tərəvəz, meyvə və çiçək yetişdirən insanlar tərəfindən də tətbiq olunmağa başlanıb. Və çox yaxşı nəticələr alındığı deyilir. Peşəkarlar bunu banan qabıqları ilə də deyirlər. İstəsəniz siz də eyni üsulu sınaqdan keçirə bilərsiniz.

Yoxladıqdan sonra tək etməniz lazım olan bitkilərin səmərəsini izləməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR