Slimfit
  1. MARAQLI

Yumurtanı soyuducuda bu şəkildə saxlayın. Daha uzun müddət təzə qalacaq

Yumurtanı soyuducuda bu şəkildə saxlayın. Daha uzun müddət təzə qalacaq
Sakura

Yumurtanı soyuducuda bu şəkildə saxlayın. Daha uzun müddət təzə qalacaq

Yumurta bütün dünyada ən populyar məhsullardan biridir. İstənilən mətbəxdə yumurtadan istifadə olunur.

Lakin buna baxmayaraq bəzi yumurta ilə bağlı olan faktları bir çox insanlar bilmir.

Saglamolun.az yumurta ilə bağlı olan az bilinən faktları sizə təqdim edir.

1. Qəhvəyi və ağ yumurtanın tərkibi eynidir.

Bəzi insanlar fikirləşir ki, qəhvəyi rəngdə olan yumurta daha faydalıdır. Bu belə deyil. Qabığın rəngi genetik əlamətdir və bu əlamət yumurtanın qidalı dəyərinə və dadına heç bir təsir etmir.

2. Yumurtanı soyuducunun qapısında saxlamaq olmaz.

İnsanların əksəriyyəti yumurtanı məhz bu yerdə saxlayır. Lakin bu yumurtanın qidalı dəyərini azaldır və daha tez xarab olmağa səbəb olur. Yumurtanı soyuducunun orta refində saxlamaq lazımdır.

3. Yumurtanın iti ucu aşağıda olmalıdır.

Bu halda yumurta daha uzun müddət ərzində xarab olmur.

4. Yumurtanı iyli məhsullarla birlikdə saxlamaq olmaz.

Məsaməli qabığına görə yumurta müxtəlif qoxuları tez özünə hopdurur.

5. Yumurtanın təzə olub-olmadığını yoxlamaq üçün onu suya qoyun.

Yumurtanı soyuq su ilə dolu olan dərin qaba qoyun. Yumurta qabın dibində üfqi vəziyyətdə qalıbsa, bu təzə yumurtadır. Küt hissəsi yuxarıdadırsa, hələ xarab olmayıb, lakin bunu tez istifadə etmək lazımdır. Yumurta suyun üzərinə qalxıbsa, bu yumurta xarab olub, onu atmaq lazımdır.

6. Yumurtanın tərkibində olan xolesterol təhlükəli deyil.

Yumurta ən faydalı məhsullardan biridir və onun tərkibində olan xolesterol oraznizmə ziyan vurmur. Əksinə yumurtanın müntəzəm istehlakı ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

7. Bişmiş yumurta çətin təmizlənirsə, bu yumurta təzədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR