Dərc edildi: Baxış sayı: 651
Yumurta “Instagram” rekordçusu oldu
Toyuq yumurtasının ağ fonda olan fotoşəkli “Instagram” sosial şəbəkəsində rekord sayda “bəyənmə” toplayıb.
Oxu.Az xəbər verir ki, bu haqda “BuzzFeed” məlumat yayıb.
10 gün ərzində fotoşəkil 25 milyon dəfədən çox bəyənilərək, populyarlığına görə Kayli Cennerin yeni doğulmuş körpə qızının şəklini üstələyib.
“Gəlin, birlikdə yeni dünya rekordu quraq və “Instagram”ın ən çox bəyənilən postunu yaradaq. Birlikdə Kayli Cennerin rekordunu (18 milyon) əlindən alaq”, - deyə world_record_egg profilinin sahibi yanvarın 4-də çağırış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət