Slimfit
  1. MARAQLI

Yumurta haqqında bilinməyən ipucları

Yumurta haqqında bilinməyən ipucları
Sakura

Yumurta haqqında bilinməyən ipucları

Mətbəxlərin vazkeçilməz qidası olan yumurta ən ucuz protein qaynağıdır.

Metbuat.az bildirir ki, tərkibinəki yüksək miqdarda protein sayəsində əzələ və sümüklərin inkişafında ciddi rol oynayır. Kolik maddəsi sayəsində isə yaddaş pozğunluğunun qarşısını alır. Kalorisi az olan yumurta pəhrizlərin də vazkeçilməz qidasıdır və tox tutma xüsusiyyətinə malikdir. Səhər yeməyində, yeməkdə və şirniyyatlarda istifadə olunan yumurtanı sadə və təsirli üsullarla istifadə edə bilərsiniz.

Yumurtanı qaynadarkən 10 dəqiqədən çox ocaqda saxlamamalısınız. 10 dəqiqədən çox bişən yumurta dəmir minerallarını itirir.

Qayğanaq bişirərkən tavaya əlavə etdiyiniz yumurtanın sarısının partlamaması üçün yağına çox az miqdarda sirkə və duz əlavə etməlisiniz.

Yumurtanı qaynadarkən çatlamaması üçün suyunun içinə bir çay qaşığı sirkə əlavə edin. Yumurtaları qaynadarkən kəsməkdə çətinlik çəksəniz isti suya batırılmış bıçaq köməkliyi ilə kəsin. Beləliklə yumurtanı dağılmadan kəsə bilərsiniz.

Qırdığınız yumurtanın ağını istifadə etməyib, saxlamaq istəsəniz bunun üçün ağının üzərinə az miqdarda soyuq su əlavə edin. Bununla yumurtanı daaha sağlam şəkildə saxlaya bilərsiniz.

Çatlaq yumurtanı qaynatmaq üçün onu aliminium folqaya bükün və bu şəkildə qaynadın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR