Slimfit
  1. SİYASƏT

Yüksək vəzifəyə seçilən Paşayevadan ilk açıqlama

Yüksək vəzifəyə seçilən Paşayevadan ilk açıqlama
Sakura

Yüksək vəzifəyə seçilən Paşayevadan ilk açıqlama

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçildim. Bu vəzifə mənim üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm! Milli Məclis rəhbərliyinə və deputat həmkarlarıma mənim namizədliyimi dəstəklədikləri üçün təşəkkür edirəm!

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva MM-in Mədəniyyət komitəsinin sədri seçilməsi ilə bağlı qeyd edib.

“Milli Məclis qarşısında yeni mühüm çağırışlar var. Bu gün cənab Prezidentimiz Milli Məclisdə çox geniş, önəmli mesajlarla zəngin çıxış etdi və dəyərli tövsiyyələrini səsləndirdi. Ölkəmizin inkişafı üçün hər birimiz öz vəzifəmizi yüksək məsuliyyətlə icra etməliyik. Mədəniyyət komitəsi sədri kimi bu etimadı doğrultmaq və müasir çağırışlara cavab vermək üçün komitə üzvləri həmkarlarım ilə birlikdə yorulmadan çalışacağıq. Mədəniyyət böyük bir sahədir və bir çox qurumlarımızla fəal şəkildə əməkdaşlıq edərək dövlətimizə və xalqımıza yüksək səviyyədə xidmət etmək üçün bütün gücümüzü sərf edəcəyik”.

Komitə sədri sonda sosial şəbəkələrdəki çoxsaylı təbrik yazan insanlara təşəkkürünü bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR