Yüksək temperatura görə Los-Ancelesdə minlərlə insan qaranlıqda qalıb
Los-Ancelesdə şənbə günü yüksək temperatura görə bütün şəhər üzrə elektrik enerjisinə olan yüksək tələbat yaradıb ki, bu da minlərlə insanın səhər elektriksiz qalmasına səbəb olub.
“Cümə gününün yüksək temperatur rekordu elektrik enerjisinə olan pik tələbata səbəb olub”, Los-Ancelesin su resursları və energetika Departamenti məlumat verib. Yüksək tələbat bütün şəhər üzrə elektrik enerjisinin təminatında fasilələr yaradıb və 34500 müştərini qaranlıqda qoyub – ventilyatorsuz və kondisionersiz.
Ens.az Departmentə istinadən məlumat verir ki, bu rəqəm 1,5 milyonun 2,5%-ni təşkil edir.
Kanadanın səhiyyə rəsmilərinin sözlərinə görə, düşən istlik Kanadanın Kvebek vilayətində bir həftə ərzində onlarla insanın tələf olmasına səbəb olan dalğanın Kaliforniya və onun cənubi-qərb hissəsinə keçməsindən baş verib.
CNN metereoloqlarının məlumatına əsasən Kaliforniyanın bir çox rayonları cümə günü gündəlik yüksək temperatur həddini keçib. Los-Ancelesin mərkəzi 1992-ci ildə qeydə alınan həftəlik 35 dərəcə həddini keçərək 42 dərəcəyə çatıb. Kaliforniya Universitetində də temperatur rekordu yenilənərək 44 dərəcəyə çatıb.
İstilik dalğasının başlanğıcında cümə günü Departament 14500 müştərinin təminatını bərpa edib. Amma müştəriləri xəbərdarlıq edib ki, 12-24 saat qaranlıqda qalmağa hazır olsunlar.
Elektrik enerjisinə olan pik hədd 6,256 meqavatt təşkil edib ki, bu da 24 iyul 2006-cı il rekordunu yeniləyib.
Departament həmçinin müştərilərdən şənbə günü günorta və axşam elektrik enerjisinə qənaət etməyi xahiş edib.
“Departamentin komandası bütün gecəni elektrik enerjisini bərpa etmək üçün çalışıb və hər bir müştərinin təminatı bərpa olunana qədər çalışacaq”, - o əlavə edib.
15 milyondan çox insan şənbə günü ərzində Cənubi Kaliforniya və Nevadada yüksək temperaturdan əziyyət çəkib.
İstlik həmçinin Kalfiorniyada meşə yanğınlarına səbəb olub ki, bu da yüzlərlə insanın öz evlərindən təxliyyə olunmasına məcbur edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət