Slimfit
  1. MƏDƏNİYYƏT

"YUĞ" Teatrı “Məhşər günü” tamaşasını təqdim edib

"YUĞ" Teatrı “Məhşər günü” tamaşasını təqdim edib
Sakura

"YUĞ" Teatrı “Məhşər günü” tamaşasını təqdim edib

"YUĞ" Dövlət Teatrının yaradıcı heyətinin təqdimatında yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub.

Teatrdan "Report"a verilən məlumata görə, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan birhissəli səhnə əsərinə teatrın baş rejissoru Gümrah Ömər quruluş verib. 

Tamaşada əsas rolları əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa edib. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib. Səhnə əsərinin musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı Mikayıl Mikayılovdur.

Səhnə əsəri uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR