Slimfit
  1. MARAQLI

Yoxsulluğun 4 genetik səbəbi

Yoxsulluğun 4 genetik səbəbi
Sakura

Yoxsulluğun 4 genetik səbəbi

Genetik Yoxsulluğun kökləri barədə sizin fikrinizi dəyişəcək dörd tarixçə

  1. Mentalitet

Uşaq olanda, sinif yoldaşımgildə biz tez-tez böyüklərdən xəbərsiz divanın üstündə tullanırdıq. Purjunlar bizi çox sevindirirdi; biz hoppandıqca divandan çıxıb havada uçuşan toz çox xoşumuza gəlirdi. 20 ildən sonra mən yenidən uşaqlıq rəfiqəmgilə gedəndə  bir vaxtlar üstündə hoppandığımız həmin divanı yenidən gördüm.

Bir o qədər də dəyişilməmişdi xatırladığım qədəriylə, amma indi artıq mən yoxsulluqdan və vəziyyətin acınacaqlı olmasından heyrətə gəlmişdim. Mən xəyalən, yeni divanın alınmasının, yağlı stulların, sınmış və şokolad kağızları ilə yapışdırılmış güzgünün dəyişdirilməsinin neçəyə başa gələ bilməsini hesablayırdım.Rəfiqəmlə söhbət edə-edə mən təsəvvürümdə tavanı ağardır və divar kağızını dəyişirdim Mən milçəklərlə bulaşmış pəncərələri  təmizləmək, divanın altında var-gəl edən çubuq və karton qırıqlarını və coraba bükülmüş sınıq gül qabını tullamaq istədim. “Bəs birdən pulla bağlı problem olsa?” – deyə düşündüm… Lakin belə fikir ağlıma gəldi ki, ağac rəngində ucuz bir yapışqan lent alım və onunla stolu yapışdırım. Hara baxırdımsa, gözümə qırıq nəsə birşey, çirk, ləkə və zir-zibil dəyirdi.

Birdən beynimə belə bir sual gəldi: “ Necə düşünürsən, niyə yoxsulluq həmişə natəmizliklə müşayiət olunur?” Eyni sualı indi mən sizə veririəm.

Hətta burdakı “həmişə” sözünü “praktiki olaraq həmişə” və ya “tez-tez” sözləri ilə əvəz etsək belə, heçnə asanlaşmayacaq. Natəmzlik – pulsuzluğun deyil, mentalitetin olması deməkdir. Düşünün: çirk – müvafiq mentalitetin mövcud olması deməkdir. Çirk və yoxsulluq qonşudurlarsa, yoxsulluq özünəməxsus mentalitetdir.

Yoxsulluq kirli beyində olur.

  1. Meşşanlıq

Məktəbdə çox gözəl rus ədəbiyyat müəlliməm vardı – Tamara Qriqoryevna, ağıllı və uzaqgörən qadın idi. Onun bir fikri heç vaxt yadımdan çıxmır. Bir nəfər ondan”Meşşanlıq nədir?” – deyə soruşdu və belı cavab verdi:” Meşşanlıq təzəsi servanta qala-qala köhnə fincandan su içməkdir”. Əksər rus evlərində qara gün üçün pul yığılır, şad gün üçün bir xeyli stəkan servantda dayanır. Nədənsə şad gün nadir hallarda olur, qara günlər isə həyatımızın əsasını təşkil edir. Kim ki, gələcəyi  daim gözləmə mövqeyində olur, o, sanki gəlib çıxmır. Və mən o zaman bunu anladım: yoxsul olmaq utancvericidir; kirli olmaq utancvericidir. Beyində mənfi fikirlərin olması nəinki həyatımıza, hətta bizim övladların mental düşüncələrinə də təsir edir.

Gələcəyi gözləmə mövqeyində yaşamaq məhvə sürükləyir.

  1. “Zoluşka” kompleksi

Bir qadın tanıyıram, 20 ildən artıqdır bağ evi almaq üçün pul yığırdı. Təkbaşına iki qız övladını böyüdürdü. Qızlar yarıac yaşayırdı, evdə yeməyə ancaq sıyıq vardı. Böyük qız mənə deyirdi ki, həyətə köhnə, dizləri süzülmüş vilvet şalvarda çıxanda utanır. Qız böyüdükcə hər il,sanki sehirli şəkildə  onun şalvarları da böyüyürdü.

Demək olmaz ki, dövlət sistemi kifayət qədər qazanmağa imkan vermirdi. Günah sistemdə deyil, beyinlərdədir. Eyni məbləğdə pulla rifah içində də görünmək olar, yoxsul kimi də.Qadın axır ki, bağ evi  alanda qızların ikisi də bağa maraqlarının olmadığını bildirdilər və durmadan analarını “qadın olmağın nə demək olduğunu” onlara öyrətməməkdə günahlandırırdılar. Qızlarda “Zoluşka kompleksi” formalaşmışdı. Onlar sürtülmüş kreslo, köhnə qab-qacaq görməyə adət etmişdilər. Və böyüdükcə özlərinə pul xərcləməyə qorxurdular. 

Nəsə yeni bir şey alanda əhvalları korlanırdı. Bunu iki kəlimə belə ifadə eymək olar: “genetik yoxsulluq”.

Özünə pul xərcləməmək qorxusu sizi yoxsul edir.

  1. Proqramlaşma

Köhnə, sökülən divarlar görən uşaqlar şüuraltı olaraq yoxsulluğa proqramlaşdırılır. Artıq yeniyetməlik vaxtı onlar bunun acısını çəkməyə başlayırlar. Anton Pavloviç Çexov qeyd edirdi ki, köhnə divarlar və kirli koridorlar tələbələrin təhsilə yiyələnməyinə mane olur.

Kir və pulsuzluq insanı psixoloji olaraq kilidləyir. Acınacaqlı vəziyyətə alışqanlıq uğursuz biri olmağa proqramlaşdırır.

Siz, bəlkə də mənimlə razılaşmayacaqsız ki, yoxsulluğa olan nifrət bəzi insanları  inkişafa və pul qazanmağa sövq edir. “Yoxluq” və “yoxsulluq” sözünün kökü eynidir. Özünüzdən “yoxluğu”u uzaqlaşdırın və “yoxsulluq”u qovun. Bu fikir mənin çox xoşuma gəlir: “ Zənginlik bir beyin halıdır”.Yəni, yoxsulluq da eynilə bunun kimi.

Zənginlik və yoxsulluq – sizin beyninizin və fikirlərinizin məhsuludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR