Dərc edildi: Baxış sayı: 231
Yoxa çıxan generalla bağlı suala Peskovun cavabı
Kreml Rusiya Müdafiə Nazirliyini tənqid etdiyinə görə vəzifəsindən uzaqlaşdırılan və yoxa çıxdığı bildirilən 58-ci ordu komandiri İvan Popovla bağlı vəziyyəti şərh etməkdən imtina edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə Putinin Popovla bağlı vəziyyətdən xəbərdar olub-olmaması ilə bağlı suala cavab verərəkən deyib.
“Biz şərh vermirik. Yenə də biz hərbçilərdən, Müdafiə Nazirliyindən danışırıq, ona görə də şərhlər üçün onlarla əlaqə saxlamağı tövsiyə edirik. Bu, bizim gündəmimizdə olan məsələ deyil”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət