Slimfit
  1. TEXNOLOGİYA

'YouTube' istifadəçilərə qatı millətçi videoçarxları yerləşdirməyi qadağan edib

'YouTube' istifadəçilərə qatı millətçi videoçarxları yerləşdirməyi qadağan edib
Sakura

'YouTube' istifadəçilərə qatı millətçi videoçarxları yerləşdirməyi qadağan edib

"YouTube" rəhbərliyi bu videohostinqdə şovinist – qatı millətçi xarakterli materiallara qarşı mübarizənin gücləndirilməsi haqqında bildirib.

"Report"un məlumatına görə, bu barədə xidmətin bloqunda məlumat verilib.

"YouTube" qeyd edib ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü qeyd edən çarxlara qarşı sərt tələblər tətbiq edib. Nəticədə belə videogörüntülərə baxış orta hesabla 80% azalıb.

"Bu gün biz hər hansı qrupun yaş, cins, irq, kasta, din, seksual oriyentasiya və ya veteran statusu kimi keyfiyyətlərə əsaslanan üstünlüyünü güman edən videoları qadağan edən yeni addım atırıq…", - deyə şirkətdən bildirilib.

Bloqun mlumatına görə, videohostinq xidməti keçirilən fəaliyyətin düzgünlüyünə əmin olmaq üçün öz siyasətini daim təkmilləşdirir.

Daha əvvəl də “YouTube” videohostinqinin rəhbərliyi həyat üçün təhlükəli çağırış (challenge) və zarafat (prank) yerləşdirməyə qadağa qoyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR