Slimfit
  1. DÜNYA

“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb

“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb
Sakura

“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb

“YouTube” sosial şəbəkəsi İranın dövlət televiziyasının səhifəsini (akkaunt) bloklayıb.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, İran televiziyasının rəhbəri Hüseyn Yusiffər bildirib ki, ABŞ şirkətinin belə addımı heç də təəccüblü deyil. O hesab edir ki, “Google” şirkətinə aid olan “YouTube” sosial şəbəkəsi siyasi sifariş alaraq İran televiziyasının səhifəsini bağlayıb. Söz və mətbuat azadlığından danışanlar nədənsə İran televiziyasının həqiqətləri yayımlamasından qorxurlar.

H.Yusiffər nəzərə çatdırıb ki, İran televiziyası digər vasitələrlə həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq.

Qeyd edək ki, “Instagram”, “Twitter” və “Facebook” sosial şəbəkələri də İranın bir sıra xəbər agentliklərinin ingilis dilindəki səhifələrini bloklayıb. Onlar iddia edir ki, İranın media strukturları qaydaları pozur. Lakin İran bu iddiaları rədd edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR