Slimfit
  1. MARAQLI

Yorğunluqdan qurtulmağa kömək edən 7 məhsul

Yorğunluqdan qurtulmağa kömək edən 7 məhsul
Sakura

Yorğunluqdan qurtulmağa kömək edən 7 məhsul

Balqabaq tumu, banan, günəbaxan tumu, şokolad və toyuq yumurtası kofeinin daha sağlam alternativi ola bilər. “Qafqazinfo”nun “MedikForum”a istinadən məlumatına görə, bu barədə alman diyetoloq Cess Bler danışıb.

Mütəxəssisin sözlərinə gprə, bu gün insanlar daim iş, dost, idman və istirahət arasında balans axtarmağa məcburdur. İnsanların çoxu yuxu vaxtına qənaət etməyə çalışır və daimi yorğunluqdan əziyyət çəkir.

Diyetoloqun məsləhət gördüyü məhsulların tərkibində olan maddələr isə yorğunluqdan azad olmağa kömək edir:

Balqabaq tumu

Balqabaq tumu daimi yorğunluq zamanı yaxşı təsir göstərir. Belə ki, onun tərkibində çox sayda faydalı maddə var: yüksək keyfiyyətli zülallar, omeqa-3 turşu yağları, B1, B2, B5, B6 vitaminləri və manqan, mis, dəmir, maqnium və fosfor kimi minerallar. Onların hamısı immun sistemini möhkəmləndirir və çoxlu enerji verir.

Avokado

Diyetoloq qeyd edir ki, avokado – faydalı yağların, eləcə də zülalın mənbəyidir. Onlar insanı uzunmüddətli enerji ehtiyatı ilə təmin edir.

Banan

Banan orqanizmi kalium və karbohidratlarla təmin edir ki, bu da insanın özünü enerjili hiss etməyə kömək edir. Meyvənin tərkibində olan vitamin və minerallar isə immunitetin yaxşı işləməsinə effektiv şəkildə dəstək olur.   

Yağlı balıq

Bu cür balıq yorğunluq yaradan soyuqdəymə ilə mübarizə aparan omeqa-3 turşu yağları ilə zəngindir. Həftədə bir neçə dəfə yağlıq balıq yemək orqanizmi lazım olan enerji ilə təmin etməyə, həm də ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.

Qoz və günəbaxan tumu

Onlar zülal və proteinlə zəngindir. Enerji verməklə yanaşı qoz və günəbaxan tumu dərinin vəziyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.

Tünd şokolad

Tünd şokoladın tərkibində olan teobromin maddəsi orqanizmi enerji axını ilə təmin edir.

Toyuq yumurtası

Qaynadılmış toyuq yumurtası yorğunluğun əsl “dərmanıdır”. O, orqanizmi zülal və B qrupu vitaminləri ilə təmin edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR