Slimfit
  1. AVTO VƏ MOTO

Yolda uşağınızın həyatını qurtaracaq 6 sadə tövsiyə

Yolda uşağınızın həyatını qurtaracaq 6 sadə tövsiyə
Sakura

Yolda uşağınızın həyatını qurtaracaq 6 sadə tövsiyə

Ola bilsin ki, onlardan ən əsası sizə aiddir: unutmayın ki, uşaqlar keçiddən kənara qaçmaq numunəsini valideynlərdən götürür.

Ens.az bildirir ki, uşaq psixoloqları, həmçinin sadəcə təcrübəli insanlar əmindirlər ki, balaca uşaqlar böyüklərin davranışını köçürürlər. Əgər valideynlər yol hərəkət qaydalarına əməl etmirlərsə, onda uşaqlar da əməl etməyəcəklər - ən azından məktəbə qədər, burada şanslı olduqda valideynlərin səhvlərini müəllimlər düzəldir.

Nə üçün uşaqların qaydalara əməl etmələri lazım olduğu sualına isə sadə bir cavab var: yaşamaq üçün. Əsas məsələləri isə uşaq yeriməyə və danışmağa başlayana qədər öyrətmək olar. Uşaq maşında uşaq oturacağına oturanda, kəməri bağlayanda səbrlə təhlükəsizlik üçün lazım olduğunu izah edin. Görəcəksiniz: iki il sonra uşaq özü kəmərin bağlanmasına nəzarət edəcək, unutduqda isə mütləq sizə xatırlatacaqdır.

Əlbəttə, işıq əks etdirən jilet həmişə uşağın üzərində ola bilməz. Amma geyimdə işıq əks etdirən elementlər arzuolunandır.

Amma uşaqlar onlara oyun formasında ötürülən informasiyanı daha yaxşı yadda saxlayırlar. Yol hərəkəti qaydaları uşaq şeirləri, mahnıları, oyunları üçün tükənməz bir mövzudur. Maşında uşaqla gedərkən şturman oyununu oynamaq olar: qoy o, sürücü atasına hansı nişanları gördüyünü və onların mənasını desin. Balaca şturmanın səhvlərinə güzəştlə yanaşmağa çalışın və oyunu gecikdirməyin. Bezəndə istirahət etsin. Sonra yenidən məşq edərsiniz.

Uşaq artıq iki yaşında işıqfor və “zebr”in siqnallarını adlandıra və onların nə üçün lazım olduğunu deyə bilir. Üç yaşında isə bir çox yol nişanlarını adlandıra və sadə şəkildə onların mənasını izah edə bilir.

Uşağa nişanların mənasını mümkün qədər sadə formada izah edin. Sonra isə yolda gördükdə onun nə üçün lazım olduğunu soruşun. Həmçinin digər nişanları da.

Əgər uşaq bağçaya gedirsə, onlarla birlikdə evdən bağçaya qədər bütün yol kəsişmələri ilə birlikdə marşrutu çəkin və ona birlikdə “getməyi”, işıqforlarda “dayanmağı”, piyada keçidlərində əvvəlcə sola, sonra sağa baxmağı, sonra isə yaşıl işıq yansa belə yola maşın (və ya motosikl) yaxınlaşırsa yola çıxmamağı izah edin.

Avtomobildə belə işarələri asmaq sizin öz işinizdir. Amma bu, uşaqların xoşuna gəlir. Yol təhlükəsizliyini uşaq üçün daha aydın və maraqlı edir.

Televizora baxmaq zərərlidir. Yəqin ki. Amma bütün uşaqlar cizgi filmlərini sevirlər. Bir çox müasir cizgi filmi serialları yol hərəkəti qaydalarına əməl olunmasını öyrətməyə kömək edir. Təkcə müasir deyil. Bir çox valideynlərin zövqlə baxdığı köhnə cizgi filmlərini də yolda düzgün davranış dərsliyinə çevirmək olar. Yeri gəlmişkən, bu, olduqca maraqlıdır. Ən yaxşı nümunələrdən biri “Ay səni, gözlə!”-dir. Məsələn: 3-cü seriya.

Velosiped sürərkən dəbilqənin olmaması cizgi filmləri və filmlərdə ümumi bir səhvdir. Uşağın diqqətini bu səhvə yönləndirin.

Canavar söndürülmüş işıq və nömrəsiz motosikldə gəzməyə çalışır, dovşan isə yolda velosipeddə gedir, amma onun 14-dən az yaşı var və dəbilqəsi yoxdur. Canavar yolun mərkəzi xəttində dayanaraq, ondan qaçan motosikli tutmağa çalışır. Bir az sonra motosikldə qaz çıxışı borularından tutaraqgeriyə gedir, dovşan isə dəmir yol keçidində endirilən şlaqbaumun altından keçir. Həm də bu cizgi filminin ancaq ilk iki dəqiqəsidir! Sonra daha çoxdur. Bu seriyanı internetdə tapın və uşağa qəhrəmanların neçə qayda pozduğunu hesablamağı təklif edin.

Hətta bağça dövründə uşaqlar geyimi seçməyə başlayır. İşıq əks etdirən bir elementli bir neçə əşya almağa çalışın, flikerləri uşağın çantasından asın və onların nə üçün lazım olduğunu izah edin. Velosiped gəzintilərində mütləq velodəbilqələrdən istifadə edin və qaydalara riayət edərək hərəkət edin. Yeri gəlmişkən, bəlkə sizin özünüz də onları artıq unudubsunuz. Ona görə yaddaşı yeniləməyin əsl vaxtıdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR