Slimfit
  1. CƏMİYYƏT

Yol polislərinin maddi təminatı yaxşılaşdırılır

Yol polislərinin maddi təminatı yaxşılaşdırılır
Sakura

Yol polislərinin maddi təminatı yaxşılaşdırılır

Dövlət yol polislərinin maddi təminatı yaxşılaşdırılır.

APA-nın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürüləcək.

Qeyd edək ki, indiyə qədər  əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 25 faizi bu məqsədlə xərclənib.

Layihə Milli Məclisin sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR