Slimfit
  1. CƏMİYYƏT

Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Yol Polisi sürücülərə xəbərdarlıq etdi
Sakura

Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub. 

İdarədən Oxu.Az-a verilən məlumata görə, velosiped və moped sürücüləri əməl etməli olduqları tələbləri bir daha xatırlamaları və yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Abşeron rayonu, Masazır, Xırdalan və Binəqədi qəsəbələrində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər yol hərəkəti iştirakçılara təqdim olunub. 

Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları,  velosiped və moped sürücülərinə bir daha yol hərəkəti qaydalarına riayət etmələrini, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı tövsiyə ediblər. İdarə etməyə mane olan yük daşınmamalı, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalı və hərəkətdə olarkən telefondan istifadə edilməməlidir. 

Bu cür profilaktik maarifləndirilmə tədbirləri bütün ölkə ərazisində davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR