Slimfit
  1. CƏMİYYƏT

Bakı metrosunda niyə bariyerlər quraşdırılmır? - RƏSMİ CAVAB

Bakı metrosunda niyə bariyerlər quraşdırılmır? - RƏSMİ CAVAB
Sakura

Bakı metrosunda niyə bariyerlər quraşdırılmır? - RƏSMİ CAVAB

Təkcə dünən Bakı Metropoliteninin 2 fərqli stansiyasında sərnişin qatarın altına düşdü. Onlardan biri təəssüf ki, həyatını itirdi. Bu cür faciəvi hallar ilk deyil, zaman-zaman baş verib. Bəs nə üçün Bakı metrosunda sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bariyerlər quraşdırılmır?

Ens.Az-ın məlumatına əsasən,məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ metropolitendə araşdırılıb, lakin bunun bir neçə çoxsaylı tərkib hissəsi var:

"Birincisi, məsələn, 28 May stansiyasında araşdırma aparılıb. Sovet dövründə inşa olunmuş Bakı Metropoliteninin sərnişin sıxlığı olan bütün stansiyalarında platforma səviyyəsində ilk növbədə gücləndirmə işi aparılmalıdır. Yəni sadə dildə izah versək, evdə hətta istinad divarlarını belə sökmək, deşmək olar, yaxud hər hansı bir sütunu ləğv etmək mümkündür. Amma Bakı Metropoliteninin infrastrukturunda hər hansı bir kənar müdaxiləyə qətiyyən yol verilmir. Bu məsələ avtomatik olaraq layihələndirilərək stansiyanın platforması altından başlamaqla gücləndirilməlidir.

Bundan əlavə, bütün stansiyalarda istisnasız bütün qatarların qapılarının sinxron olaraq eyni anda maneəsiz açılıb-bağlanmasını təmin edən sistemlər quraşdırılmalıdır. Bu sistemlərin quraşdırılması da kifayət qədər böyük maliyyə vəsaiti tələb edir".

Bakıda yeni metro stansiyanın təhvil verilmə tarixi AÇIQLANDI - FOTO -  Oxu.az

Onun sözlərinə görə, platforma səviyyəsinin gücləndirilməsi bir neçə məsələnin də nəzərə alınmasını tələb edir:

"İlk növbədə, artıq platforma qapıları quraşdırılacaqsa, 28 May kimi pilon tipli stansiyalarda, yəni orta zaldan digər yola keçərkən sərnişin axınının tənzimlənməsi, sıxlığın, hərəkətin tənzimlənməsi, platformanın yük götürmə qabiliyyətinə uyğun olaraq bir sıra tədbirlərin görülməsi çox vacibdir. Çünki metropolitendə hər bir məsələ sərnişin təhlükəsizliyinin elementi olaraq araşdırılmalıdır. Bu xüsusda, məsələn, stansiyada havalandırma sistemləri var. Qatarın hərəkətindən yaranan təbii hava axınının idarə olunması məsələsi gündəmə gələcək və bu məsələlər də xüsusi olaraq məhz layihələndirmə, həmçinin  həmin sistemlərin işi, hava axınının yönləndirilməsi və digər məsələlərin hər biri ayrı-ayrılıqda olmaqla mütləq qaydada müvafiq tədbirləri tələb edir ki, bu işlər də görülməlidir. Bundan əlavə, hərəkətin təşkili ilə bağlı bir neçə məsələ də var və kifayət qədər mürəkkəb və böyük maliyyə vəsaiti tələb edir".

Mətbuat katibi qeyd etdi ki, Bakı Metropoliteni bu gün sərnişin sıxlığı şəraitində texniki və insan resursları baxımından mümkün addımların hər birini əsas prioritet olaraq həyata keçirir:

"Yəni stansiyaların girişində bəzən sıxlıqlar görürsünüz. Bu sıxlıqların hər biri ona görə hesablanır ki, platforma səviyyəsi ifrat dərəcədə yüklənməsin və sərnişinlərin belə mövcud şəraitdə təhlükəsizliyi təmin olunsun. Təbii ki, işçi qüvvəsi ilə sıx stansiyalar üçün əlavə olaraq ayrılır və onlar pik saatlarda həmin stansiyada artıq təlimat keçmiş qaydada sərnişinlərin qatarın hərəkətinə mane olmaması üçün digər bütün tədbirləri görürlər. Çalışırlar ki, sərnişinlər platforma boyunca elə yerləşsinlər ki, onların hərəkətinin təhlükəsizliyi təmin olunsun. Amma bariyerlərin quraşdırlıması istənilən halda Bakı Metropolitenin diqqətində saxlanılır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR